Biz kimik
“Xəzri TN” MMC-yə məxsus ümumi sahəsi 3 hektara yaxın olan №1 Çörək Zavodunun tikintisinə 2012-ci ildə başlanmışdır. Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən, ən müasir standartlara cavab verən zavodun açılışı 18 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin iştirakı ilə həyata keçirilmişdir.
Ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi üçün zavod Almaniyanın Werner & Pfleiderer şirkətinə məxsus ən son texnologiya və avadanlıqlarla təchiz olunmuşdur.
Günlük istehsal gücü 150 ton olan çörək zavodunda istehsal prosesi tam avtomatlaşdırılmışdır.
№1 Çörək Zavodu beş çörək istehsal xətti, qablaşdırma xətti, xammalın daşınması və avtomatlaşdırılmış bölgüsü olan anbar sistemləri ilə təchiz olunmuşdur. Əlavə olaraq zavodda kruassan, şirniyyat və suxarı unu istehsal xəttləri quraşdırılmışdır.
Qeyd olunan xəttlərdə 30 çeşid çörək və çörək-bulka məmulatları əl dəymədən tam avtomatlaşdırılmış şəraitdə istehsal edilir.
Distribusiya xəritəmiz
Bakı, Abşeron, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Şirvan, Hacıqabul, Lənkəran, Qobustan, Şamaxı
Məqsədimiz istehlakçılarımızın sağlamlığını və məmnuniyyətini ön planda tutmaqla bazar liderliyini qorumaqdır.