İstehsal

№1 Çörək Zavodu beş çörək istehsal xətti, qablaşdırma xətti, xammalın daşınması və avtomatlaşdırılmış bölgüsü olan anbar sistemləri ilə təchiz olunmuşdur. Əlavə olaraq zavodda kruassan, şirniyyat və suxarı unu istehsal xəttləri quraşdırılmışdır.

Qeyd olunan xəttlərdə 30 çeşid çörək və çörək-bulka məmulatları əl dəymədən tam avtomatlaşdırılmış şəraitdə istehsal edilir.

İSTEHSAL HƏCMİ
15 000 ton/il
İSTEHSAL XƏTTİ
7 xətt
İSTEHSAL HEYYƏTİ
160 nəfər

İstehsal edilən çörək və şirniyyat çeşidləri:


Sadə: Zavod, Baton

Xüsusi: Tost, Alman, Borodino, Qarabaşaq, Pəhriz, Qarğıdalı, Zirəli

Porsion: Dönər, Burger, Xot-doq, Təndir

Şirniyyat: Kruassan, Bulka, Kətə, Korjik

Premium: Vegipan

Digər: Suxarı unu

İstehsal gücü
150 ton
1-ci xətt
55 ton
2-ci xətt
50 ton
3-cü xətt
25 ton
4-cü xətt
16 ton
5-ci xətt
4 ton

Ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi üçün zavod Almaniyanın Werner & Pfleiderer şirkətinə məxsus ən son texnologiya və avadanlıqlarla təchiz olunmuşdur.