Keyfiyyət
Keyfiyyət siyasətimiz
Davamlı təkmilləşdirmə və keyfiyyət fəlsəfəmizi əsas tutaraq məhsullarımızın qida təhlükəsizliyi tələbləri, normativ hüquqi aktlar və yüksək keyfiyyət standartlarına uyğun istehsal olunmasını təmin edirik.
Xammal tədarükündən məhsul istehlakına qədər bütün mərhələlərin istehlakçı ehtiyac və gözləntilərinə cavab verməsinə diqqət edirik.
Keyfiyyət anlayışını bütün əməkdaşlarımız üçün həyat tərzinə çevirərək, biz yüksək standartlara uyğun məhsullarımızın yaradılmasında iştirak edən bütün əməkdaşlarımızın mütəxəssis olmasını və əllərindən gələni etmələrini təmin edirik. Bu məqsədlə əməkdaşlarımıza mütəmadi təlim keçməklə, onların inkişafına töhfə verir, əldə etdikləri bilik və təcrübəni tətbiq etməyə imkan yaradırıq.
Milli və beynəlxalq yarmarkalarda iştirak edərək un və çörək məhsulları sahəsindəki yenilikləri daim yaxından izləyir, əldə olunmuş innovativ təcrübələri daha keyfiyyətli məhsul istehsalı üçün tətbiq edirik.
Bizə ünvanlanan müraciətlərdə qeyd olunan bütün tövsiyyə və şikayətlər qiymətləndirilir, məhsulun istehsal prosesində istehlakçı rəyləri daim diqqətə alınır.