Sosial faydamız
İstehsal və distribusiya şirkəti olaraq Xəzri TN MMC - №1 Çörək Zavodu gigiyenik, sağlam, keyfiyyətli çörək və çörək-bulka məmulatları üzrə istehlakçı tələbatlarının qarşılanması üçün inşa edilmişdir.
Bu məqsədlə sadə və xüsusi çörək məmulatları istehsal edən №1 Çörək Zavodu əsas qida məhsulu olan çörəyi keyfiyyətli və sağlam şəkildə təqdim edir.
№1 Çörək Zavodu həm də şüurlu istehlak ənənələri yaratmağa çalışır. Eyni zamanda şirkətimiz çörəyin israf edilməməsi üçün araşdırma və təkmilləşdirmə işlərini davam etdirir.
Araşdırmalara görə, təkcə Bakı şəhərində hər gün təxminən 150 min ədəd çörək israf edilir. Bu israfın qarşısını almaq üçün gigiyenik şəraitdə qablaşdırılmış və 72 saat saxlama müddəti olan çörəklər istehsal olunur.