ATU ilə "Xəzri TN" arasında memorandum imzalanıb

Azərbaycan Texnologiya Universiteti (ATU) ilə "Xəzri TN" MMC arasında anlaşma memorandumu imzalanıb.

Sənədi Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərovla "Xəzri TN" MMC-nin direktoru İlkin Şabanov imzalayıblar.

Memorandumda istehsalat təcrübələrinin təşkili, məzunların işlə təmin edilməsi, təqaüd proqramının təsis edilməsi, birgə konfrans, seminar və təlimlərin təşkili və s. məsələlər öz əksini tapıb. 

İmzalanma mərasimindən sonra müəssisə nümayəndələri ATU-nun Qida mühəndisliyi fakültəsi, laboratoriyaları ilə tanış olublar.