№1 Çörək Zavodunda AUİB Uşaq Sığınacağının sakinləri üçün infotur təşkil edilib

"Azərbaycan Uşaqları" İctimai Birliyinin (AUİB) nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sakinləri bugün №1 Çörək Zavodunda oldular. 



İnfotur zamanı Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində məskunlaşan uşaqlar №1 Çörək Zavodundakı istehsalat prosesi ilə yaxından tanış olaraq məlumatlar alıb. Tədbirin yekununda Zavod tərəfindən uşaqlara "Çörəyə ilk toxunan siz olun" adlı hədiyyələr təqdim edilib.