№1 Çörək Zavodunun 11 illik tədbirləri çərçivəsində 19-20 Oktyabr tarixlərində Quba rayonunda yerləşən “Quba Palace Hotel” də 2025 ci il üzrə...

№1 Çörək Zavodunun 11 illik tədbirləri çərçivəsində 19-20 Oktyabr tarixlərində Quba rayonunda yerləşən “Quba Palace Hotel” də 2025 ci il üzrə büdcə və növbəti 3 ilin strategiya planı ilə bağlı korporativ tədbir keçirilmişdir.

Tədbir zamanı 2024 cü il ilk 3 rüb üzrə şirkətin uğurlu nəticələri müzakirə olunmuş və şirkət direktoru İlkin Şabanov İmran oğlu tərəfindən Kommersiya departamentinin Satış şöbəsi əməkdaşlarına yüksək satış nəticələrinə görə təşəkkür edilmişdir.

Eyni zamanda 2025 ci il üzrə planlaşdırılmış şirkət hədəfləri və növbəti 3 ilin strateji yol xəritəsi əməkdaşlar ilə müzakirə edilmişdir.

2 günlük tədbir çərçivəsində büdcə və strategiya planı müzakirələrindən əlavə olaraq əməkdaşlar arasında komanda ruhunun və daxili komunikasiyanın formalaşdırılması üçün müxtəlif tipli oyunlar keçirilmişdir.