5 İyun – Ümumdünya Ətraf Mühit Günü

Bu əlamətdar gün münasibətilə N1 Çörək Zavodu-nun təşəbbüsü və Xətai rayon Əhmədli Bələdiyyəsinin dəstəyi ilə 64 saylı orta məktəbin həyətində 200-ə yaxın ağac tingi əkildi.


Təbiətə olan qayğımızı əyani şəkildə göstərən bu layihə məktəbin direktoru Səidə Rəhimova və rəhbər heyətin iştirakı ilə həyata keçirildi.

Görüş zamanı layihənin əhəmiyyəti vurğulandı, gələcəkdə bu cür təşəbbüslərin davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.


5 iyunu yaşıl izlə qeyd etdik – sağlam gələcək üçün birlikdə addımlayaq!